Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 213.679 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
İran xalçası — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, QumTəbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Tövlə pavilyonuTürkiyədə, İstanbulun Üsküdar rayonundakı Bəylərbəyi sarayı kompleksinin tərkibində yerləşən tövlə. 1864-cü ildə tikintisi başa çatmış Bəylərbəyi sarayı ilə birlikdə inşa edildiyi güman edilir. Tikildiyi dövrdə padşahın tövləsi və buraya məsul olan miraxurun yaşayış yeri kimi istifadə edilmişdir. 1924-cü ildə Türkiyə Respublikanın elan edilməsindən sonra qəbul edilən qanunla bina milliləşdirilmiş və idarəçiliyi Türkiyə Böyük Millət Məclisinə verilmişdir. 1925-ci ildən etibarən sarayın digər hissələri kimi Milli Saraylar Müdirliyinin tabeliyinə keçmişdir. 1950-ci illərdə pavilyonun arxa hissəsində yerləşən tövlə mətbəxi və samanlıq Milli Saraylar Müdirliyinə bağlı Mühafizə Bölüyünün şəxsi heyəti üçün yataqxanaya çevrilmişdir. 1964-cü ildə sarayla birlikdə ziyarətə açılmış, lakin 1971-ci ildə bağlanmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Nobel mükafatı laureatlarının siyahısıİsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlarına görə verilir. Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli